Baş səhifə / Cəmiyyət / İlham Əliyev Paşinyanla görüşdü – Yeniləndi

İlham Əliyev Paşinyanla görüşdü – Yeniləndi

Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda Qarabağ konfliktinin nizamlanması ilə bağlı müzakirə apardığını bildirib.

“Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirdik. Danışıqlar prosesindəki mövcud situasiya ilə bağlı fikir mübadiləsi apardıq. Görüş təxminən yarım saat çəkdi”, – Paşinyan Feysbuk səhifəsində qeyd edib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş niyyətindədir.

Bu barədə N.Paşinyan “RİA Novosti”yə açıqlamasında deyib.

“Bəli, bu, qeyri-rəsmi görüş olacaq”, – Paşinyan İlham Əliyevlə görüş istəyi barədə danışarkən bildirib.

Mətbuat konfransındakı açıqlamasında isə “Prezident İlham Əliyevlə nə vaxt görüşəcəksiniz” sualına “tezliklə” deyə bildirib.

Görüşün bu gün olacağı istisna edilmir.

Eyni zamanda, Prezident İlham Əliyev RİA-ya açıqlamasında Ermənistan rəhbərliyi ilə tammiqyaslı heç bir görüş olmadığını, ancaq bir neçə “faydalı söhbət” aparıldığını deyib. Prezidentin sözlərinə görə, MDB sammiti çərçivəsində baş tutan bu söhbət tərəflərin mövqeyinin müəyyənləşməsi və Qarabağ danışıqlarının aktivləşməsi baxımından faydalı olub.

Azərbaycan lideri həmçinin bu istiqamətdə erməni tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …