Baş səhifə / Cəmiyyət / Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

Ağdam rayonundan Ağcabədi rayonuna gedən elektrik xətlərində baş verən qəza səbəbindən Ağdam rayonun bir neçə kəndi 6 saata yaxın müddətdə işıqsız qalıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, qəza nəticəsində Ağdamın bir neçə kəndinə elektrik enerjisinin verilişi dayandırılıb:

“Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndlərində qəza ilə əlaqədar elektrik enerjisi təminatı dayandırılıb. Dəyişkən hava şəraiti, güclü duman, çiskinli hava olduğu üçün naqillərdə baş verən problemin aradan qaldırılması vaxt aparır. Əməkdaşlarımız hazırda hadisə yerində çalışır. Operativ şəkildə qəza baş verən ərazi müəyyən edilib. Təxminən 20-30 dəqiqə ərzində sözügedən ərazilərə elektrik enerjisinin verilişi tam şəkildə bərpa ediləcək”.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …