Baş səhifə / Cəmiyyət / Putin Ərdoğanı təriflədi – Video

Putin Ərdoğanı təriflədi – Video

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva-Ankara münasibətlərinin yaxşılaşması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində mümkün olub.

Kremldə keçirilən görüşdən öncə Putin mütamadi təmasların müsbət nəticələrə gətirib çıxardığını bildirib.

O qeyd edib ki, son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə artıb, Türkiyəyə səfər edən rusiyalı turistlərin sayı isə 30 faiz artaraq 6 milyon nəfər təşkil edib.

“Cənab prezident, əziz dost, bu, daha çox sizin şəxsi xidmətiniz, nailiyyətinizdir. Çünki siz buna çox vaxt ayırırsınız”, – deyə Putin vurğulayıb.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …