Baş səhifə / Cəmiyyət / Venesuelada xalq ayağa qalxdı: Maduro hakimiyyətdən əl çəkməsə…+FOTOLAR

Venesuelada xalq ayağa qalxdı: Maduro hakimiyyətdən əl çəkməsə…+FOTOLAR

Bu dəqiqələrdə paytaxt Karakas başda olmaqla, bütün Venesuela ayaqdadır.

Xalq uzurpator Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

Karakasda yüz minlərlə insan qarşısında çıxış edən müxalifət lideri, parlamentin sədri Xuan Quaydo (Juan Guaido) prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içdi.

Yaxın saatlarda ABŞ-ın Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanıyacağı gözlənilir.

Yenilənib:

Bu dəqiqələrdə ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıdı.

Tramp bir az əvvəl bu barədə bəyanatla çıxış edərək bütün dünyanı eyni addımı atmağa çağırdı.

Şahin Cəfərli, politoloq

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …