Baş səhifə / Gündəm / Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi! – Həmsədr ölkədən daha bir xəyanət…
Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir xəyanət...

Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi! – Həmsədr ölkədən daha bir xəyanət…

Fevralın 22-də Moskvada Azərbaycanın erməni işğalı altındakı torpaqlarında qondarılmış qurumun tanınması tələbi ilə geniş tədbir keçirilib.

Moderator24.com Rusiya mediasına istinadla xəbər verir ki, ermənipərəst “Regnum” nəşrinin ofisində keçirilmiş dəyirmi masada separatçı qurumun nümayəndələri ilə yanaşı, Rusiyanın bir sıra tanınmış şəxsləri, o cümlədən MDB Ölkələri İnstitutu, Rusiya Strateji Təhqiqatlar İnstitutu, Şərqşünaslıq İnstitutu, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu, Qara dəniz-Xəzər dənizi Regionunun Sosial-İqtisadi Təhqiqatları İnstitutunun nümayəndələri də qatılıblar.

1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri və Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olmuş qatı ermənipərəst Vladimir Kazimirovun da xüsusi fəallıq göstərdiyi anti-Azərbaycan ruhlu tədbir “Azad Artsax”-30 il” adlı 9 dəqiqəlik slayd-şounun nümayişi ilə başlanıb. 13 məruzənin və çıxışların səsləndiyi dəyirmi masanın sonunda Dağlıq Qarabağın danışıqlarda 3-cü tərəf kimi iştirakı şərtinin də daxil olduğu 5 şərtin irəli sürüldüyü və yekunda Dağlıq Qarabağın müstəqilliyinin tanınması tələbi qoyulan BMT-yəmvə beynəlxalq ictimaiyyətə ünvanlanmış memorandum qəbul edilib…

P.S. Həmsədr ölkələrindən birinin paytaxtında keçirilmiş belə bir tədbirə cavab verib-verməmək Azərbaycan XİN-in səlahiyyətində olan bir məsələdir…

Sultan Laçın / Moderator24.com

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …