Baş səhifə / Cəmiyyət / Ermənistan Rusiyadan yeni nəsil “Kalaşnikov”lar alır: Rəsmi İrəvanın “sülh hazırlığı”

Ermənistan Rusiyadan yeni nəsil “Kalaşnikov”lar alır: Rəsmi İrəvanın “sülh hazırlığı”

Moderator.az xəbər verir ki, “Kalaşnikov” şirkəti yeni nəsil – AK-12 avtomatlarını satışa çıxarıb. Şirkət müdiri Vladimir Dmitriyevin “Kommersant” qəzetinə verdiyi məlumata görə, yeni avtomatların ilk alıcısı Ermənistan olacaq.

Şirkət yetkilisinin sözlərinə görə, ilkin olan Ermənistana 50 avtomat veriləcək. Erməni hərbi mütəxəssisləri bu silahın texniki imkanlarını araşdırandan sonra Ermənistana daha böyük miqdarda silah satışı məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, bir tərəfdən sülh danışıqlarına hazır olmaqla bağlı imitasiya edən İrəvan, digər tərəfdən silahlanma prosesini davam etdirməkdədir. Ermənistanın Rusiyadan yeni nəsil “Kalaşnikov”lar alması da İrəvanın “sülh hazırlığı”nın davamı hesab edilə bilər.

Seymur ƏLİYEV

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …