Baş səhifə / Cəmiyyət / Sərkisyan Qubadlıda yeni “qəhrəmanlıq qalası” tapdı- FOTOLAR

Sərkisyan Qubadlıda yeni “qəhrəmanlıq qalası” tapdı- FOTOLAR

Nə qədər ki, biz gerçək qəhrəmanlıq göstərib o torpaqlarımızı azad etməmişik, ermənilərin “qəhrəmanlığa” “haqqı var”…

Ermənilər Qubadlı rayonu ərazisində “14-18-ci əsrlərə aid” olan və “bu günədək öyrənilməmiş” bir qala tapdıqlarını iddia edirlər.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər arxeoloq hesab edilən Qaqik Sərkisyana istinadla məlumat yayıb. “Qala” guya “Google Earth” sistemi vasitəsilə çəkilmiş fotoların köməyi ilə Həkəri və Bərgüşad çayları arasında “Karotan” adlandırılmış kəndlərimizdən birinin yaxınlığanda aşkar edilib. “Ümumi uzunluğu 278 metr olan “qala”nın 3680 kv.m ərazini əhatə etdiyi” iddia olunur. Ermənilər yeni “tapıntılar”ını Orta əsrlərdə ““Artsax”ın qəhrəman müdafiəsini təsdiqləyən” abidə kimi sırımağa çalışırlar.

P.S. Yəqin ki, tarixçi və arxeoloqlarımız ermənilərin növbəti saxtakarlığını ifşa edəcək.

P.P.S. Qubadlı ərazisində, doğrudan da, hansısa qədim qəhrəmanlıq qalasının qalıqları ola bilər. Amma bu, ermənilərin yox, Azərbaycan türklərinin qəhrəmanlığını sübut edən abidə olar. Fəqət, nə qədər ki, biz növbəti gerçək qəhrəmanlıq göstərib o torpaqlarımızı azad etməmişik, ermənilərin bütün qəhrəmanlıqları öz adlarına çıxmağa “haqqı var”…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …