Baş səhifə / Dünya / Stress səbəbiylə meşədə tikanlarını itirən kirpi tapıldı – FOTO

Stress səbəbiylə meşədə tikanlarını itirən kirpi tapıldı – FOTO

Moderator.az xarici mətbauata istinadən xəbər verir ki, britaniyalı meşədə qeyri-adi keçəlləşmiş heyvan aşkar edib. Məlum olub ki, bu tikanlarını itirən bir kirpidir. Adam onu Cuan Wildlife Rescue heyvanları müdafiə mərkəzində veterinarlara verib.

Orada kirpini yemləyib və süd içiriblər, kirpinin acgözlüyünə görə ona Ayı ləqəbi də veriblər.
Mütəxəssislər, kirpinin yuxudan çox erkən oyandığı üçün iynələrini itirdiyini müəyyən ediblər. Adətən kirpilər noyabrdan aprel ayına qədər yuxuda olurlar. Mərkəzdə hesab edirlər ki, kirpi qulaq biti infeksiyasına yoluxduğundan tikanlarını itirib. Mərkəz, həmçinin qeyd edib ki, onun müalicəsi uzun və bahalı olacaq.

Kirpini Aloe vera ekstraktı ilə dəri masajı edəcək və antibakterial vannalar qəbul etdirəcəklər. Bundan sonra kirpini yabanı təbiətə buraxacaqlar.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …