Baş səhifə / Cəmiyyət / İlham Əliyev iyunda Düşənbəyə gedəcək

İlham Əliyev iyunda Düşənbəyə gedəcək

İyunun birinci yarısında Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) iştirakçı dövlət başçılarının beşinci sammiti keçiriləcək.

Bununla bağlı Düşənbə İcra Hakimiyyətindəki mənbə məlumat verib.

İclasda Azərbaycan, Tacikistan, Əfqanıstan, Bəhreyn, Vyetnam, Misir, Hindistan, İraq, İran, İsrail, Qazaxıstan, Kamboca, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Türkiyə, Tailand və Özbəkistan liderləri iştirak edəcəklər.

Sammitə hazırlıq məsələləri şəxsən Düşənbə meri Rüstəm Emoməlinin nəzarətindədir.

İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunub. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi.

Istinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …