Baş səhifə / Cəmiyyət / 40 dərəcəyə yaxın şaxtada – küçədə cümə namazı qıldılar -FOTOLAR

40 dərəcəyə yaxın şaxtada – küçədə cümə namazı qıldılar -FOTOLAR

Krasnoyarsk şəhərində məscidlərin kəskin çatışmazlığı ilə bağlı möminlər cümə namazını bayırda qılmağa məcbur olurlar. Moderator.az bu haqda Rusiyanın İslamsib.ru saytıına istinadla xəbər verir. Qışda havanın temperaturu bəzən -36 dərəcəyə düşür…

Krasnoyarskın müsəlman məbədi cəmi 400 nəfər üçün nəzərdə tutulub. Lakin hər cümə günü məscidi 1,5-2 min nəfər ziyarət edir. Bayram günlərində isə ibadətgaha 20 minə yaxın mömin toplanır. Məsciddə və qonşu binalarda kifayət qədər boş otaqlar yoxdur, nəticədə insanlar küçədə ibadət etmək məcburiyyətində qalırlar.

Krasnoyarsk vilayəti Müsəlmanlarının Birləşmiş Ruhani İdarəsinin rəhbərliyi 15 ildir ki, hökumət qurumları qarşısında məscid tikdirmək məsələsini qaldırsa da, hər şey vədlər səviyyəsində qalır, gerçək addım atan yoxdur.


“Sibir şəraitində, 30-40 dərəcə şaxta və bəzən də küləkli hava insanların imanı üçün ciddi bir sınaqdır. Müsəlmanlar seçim qarşısında qalır: ya öz dini vəzifələrini yerinə yetirməmək, yaxud bayırda – sağlamlıq üçün təhlükəli ola biləcək vəziyyətdə namaz qılmaq. Uzun illər ərzində Krasnoyarsk şəhərində ikinci, hətta üçüncü məscidi tikməyə ehtiyac olduğu halda yalnız bir kiçik məscidin fəaliyyət göstərməsi xalqın haqlı narazılığına səbəb olur” –vilayət Müsəlman Ruhaniləri İdarəsinin açıqlamasında belə deyilir.

“Miqrasiya proseslərini nəzərə alsaq, Krasnoyarskdakı müsəlmanların sayı yaxın gələcəkdə daha da artacaq. Bundan əlavə, bu günlərdə keçiriləcək Qış Universiadasına 300-dən çox müsəlman iştirakçı qatılacaq və onları müşayiət edənlərlərlə birlikdə ibadət zamanı şəhərin məscidini ziyarət edəcəklər. Biz ümid edirik ki, həmin qonaqlar cümə namazında məscidin içərisinə daxil ola biləcəklər, əks halda onlar da şəhər sakinləri kimi, Sibir təbiətinin “bütün gözəlliyini” hiss edəcəklər…” – deyə Krasnoyarsk vilayəti MRBİ-nin açıqlamasında vurğulanır.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …