Baş səhifə / Dünya / Amerikalı milyarder ABŞ tarixində ən bahalı mənzili satın aldı

Amerikalı milyarder ABŞ tarixində ən bahalı mənzili satın aldı

Moderator.az The New York Times-a istinadən xəbər verir ki, amerikalı milyarder və Citadel Investment Group-un hedcinq fondunun təsisçisi Kennet Griffin ABŞ tarixində ən bahalı mənzil alıb. Nyu-Yorkun mərkəzindəki göydələnin dörd mərtəbəli mənzili ona 238 milyon dollara başa gəlib.
Mənzil 69 mərtəbəli binada, Mərkəzi Parkın yaxınlığında yerləşir. Onun ümumi sahəsi 2,2 min kvadratmetrdən çoxdur.

Bina yenidir və orda təmir işləri davam edir. Göydələndə idman klubu, kitabxana, golf və basketbol üçün meydançanın olacağı təxmin edilir.

Əvvəllər ABŞ-da ən bahalı mənzil Şərqi Hamptondakı əmlak hesab edilirdi. 2014-ci ildə onu 137 milyon dollara almışdılar.

Qəzet qeyd edir ki, bu yaxınlarda Griffin Londonda Bukinhem sarayının yaxınlığında yerləşən, XIX əsrə aid bir sarayı da alıb. Mənzilin başlanğıc dəyəri 125 milyon funt-sterlinq olub, lakin əməliyyatın yekun məbləği açıqlanmayıb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …