Baş səhifə / Dünya / Özbək milyarder İslam Mərkəzinə 8 milyon dollarlıq kitab bağışladı-İbrətamiz…

Özbək milyarder İslam Mərkəzinə 8 milyon dollarlıq kitab bağışladı-İbrətamiz…

Alişer Usmanov bu kompleksin tikintisinə 100 milyon dollar vəsait qoyacaq…

Özbək əsilli dünyaca məşhur milyarder Alişer Usmanov Özbəkistan İslam Mərkəzinə 8 milyon dollar dəyərində nadir kitablar bağışlayıb.

Moderator. az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Kolleksiya latın, ingilis, fransız və alman dillərində 4923 nadir nüsxədən ibarətdir. XIII əsrdən bəri nəşr olunmuş həmin kitablar orientalizmin(Avropa şərqşünaslığı) və İslam dünyasının Avropaya təsirindən bəhs edir. Onlar arasında İbn Sinanın “Təbabət elminin qanunu” kitabının latın dilinə ilk tərcüməsi də var.

Xatırladılır ki, İslam Mədəniyyət Mərkəzi Alişer Usmanovun maliyyə dəstəyi ilə Daşkənddə tikilir. Kompleksin beynəlxalq standartlara uyğun qurulması planlaşdırılır. Mərkəzə kitabxana, informasiya-resurs mərkəzi, elmi şöbələr, konfrans zalı, xidməti otaqlar və digər obyektlər daxil olacaqdır.

İslam Mərkəzinin təməlinə ilk simvolik daş Özbəkistan prezidenti tərəfindən 2018-ci ilin iyun ayında qoyulub.

Daha əvvəl “Forbes”ə müsahibəsində A. Usmanov kompleksin tikintisinə 100 milyon dollar vəsait qoyacağını bəyan edib.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …