Baş səhifə / Cəmiyyət / “Ermənilər bir neçə rayonu martda da qaytara bilər…”-Növbəti manipulyasiya?..

“Ermənilər bir neçə rayonu martda da qaytara bilər…”-Növbəti manipulyasiya?..

“Qarabağla bağlı razılıq sənədi çoxdan hazırdır, yalnız martda yekun imzalanma olacaq…”

Xəbər verildiyi kimi, ermənipərəst Rusiya politoloqu Stanislav Tarasov guya iyunda İlham Əliyev və Paşinyanın Qarabağla bağlı razılaşma imzalayacağını və bu sazişə əsasən, ermənilərin bir neçə rayonu Azərbaycana qaytarmalı olacağı barədə gözlənilməz iddia irəli sürüb.

Moderator.az-ın əldə etdiyi son məlumata görə, Ermənistanın “Joxovurd” qəzetinin müxbiri digər ermənipərəst rusiyalı politoloq Modest Kolerovdan da bu mövzuda aşıqlama alıb. M. Kolerov daha “irəli” gedərək başqa bir tarix söyləyib. O, iddia edir ki, tərəflər 2019-cu ilin mart ayında Qarabağla bağlı hansısa zirvə görüşündə razılıq əldə edə və bir neçə rayon Azərbaycana qaytarıla bilər.

Modest Kolerov, həmçinin, belə bir sənədin uzun müddətdir mövcud olduğunu, yalnız yekun imzalanmanın martda baş tutacağını bildirib. Ancaq Rusiya politoloqu konkret hansı sənəddən söhbət getdiyini açıqlamayıb…

P.S. Qeyd etdiyimiz kimi, hər iki politoloq ermənipərəstdir, lakin daim sırf Rusiyanın mövqelərindən çıxış edir. Və ehtimal edilir ki, onların əsas iki məqsədi var: əvvəla, Ermənistanın daxilində ictimaiyyəti qərbpərəst hesab edilən Paşinyan hakimiyyətinə qarşı qaldırmaq, ikincisi isə Azərbaycan xalqını məsələnin həll ediləcəyi ilə bağlı arxayın salmaq üçün növbəti manipulyasiya etmək…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …