Baş səhifə / Dünya / Rusiyada xərçəngi 20 saniyəyə müəyyənləşdirən sistem yaradılıb

Rusiyada xərçəngi 20 saniyəyə müəyyənləşdirən sistem yaradılıb

Sankt-Peterburq Politexnik universitetində ağciyərlərin onkoloji xəstəliklərini diaqnoz etməyə imkan verən intellektual sistem yaradılıb.

Bu haqda təhsil müəssisəsinin saytında məlumat verilib.

Sistemə “Doctor Azimov” adı verilib. Sistemin proqram təminatı universitet mütəxəssisləri və Sankt-Peterburq kliniki elmi-praktik mərkəzinin həkimləri ilə birgə yaradılıb.

Bu proqram təminatını istənilən kompüterə quraşdırmaq mümkündür və o, ən qısa zamanda xəstələrin tomoqrafiyasının nəticələrini analiz edərək insanın orqanizminin durumu haqqında yekun qərar verə bilir.

Yenilik ondan ibarətdir ki, şiş kompakt histoqram şəklində əks olunur.

Sistem 2018-ci ildə sınaqdan keçirilib. Hazırda məlumatların təhlilinə 20 saniyə vaxt sərf olunur, alimlər isə bu göstəricinin iki saniyəyə bərabər olmasına çalışırlar.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …