Baş səhifə / Cəmiyyət / “Bunlar düzələnə oxşamır, ürəyim partlayır…”

“Bunlar düzələnə oxşamır, ürəyim partlayır…”

Ölkə başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi ziyalılar tərəfindən alqışla qarşılanıb. Şair Qulu Ağsəs saytımıza danışarkən təklif etdi ki, “Nəsimi bazarı”nın adı dəyişdirilsin, böyük şairin adına bazarın olması ayıbdır. Son zamanlar isə ifaçı Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzələni hind mahnısı üzərində ifa etməsi qınaq obyektinə tuş əlib. Müğənni iddia edib ki, guya Nəsimi yuxuda ona deyib ki, “Dur oxu, ey Afət”. Müğənninin bu uydurması da insanların gülüş hədəfinə çevrilib.

Məsələylə bağlı Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov baş verənləri sərt qınadı:

“Bu ilin ölkə başçısı tərəfindən “Nəsimi ili” elan edilməsi təqdirəlayiqdir. “Nəsimi bazarı”adının dəyişdirilməsinin mən də bir ziyalı kimi tərəfdarıyam. Bunu Nəsimi rayonunun adından götürüb bu cür adlandırmaq olmaz. Bazar millətiyik deyəndə xətrinizə dəyir, bazardan başqa heç yeri tanımırıq. Biz yanıq kərəmi mahnısına da, muğamata da oynayırıq, şıllaq atmaq canımızda var. İndi də Nəsiminin “Sığmazam” qəzəlinə oynayacaqlar. Bunlar düzələnə oxşamır, ürəyim partlayır.

Sovet hökumətini bəyənmirik, amma Üzeyir bəy Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Cavanşir Quliyev, Ələkbər Tağıyev və sair kimi adamlar yetişdirdi. Bunların isə yetişdirdikləri Elza Seyidcahanla, Telli Borçalıdır. Vallah yazıqdı bu millət. Danışdıqca ürəyim ağrıyır”.

Vasif Əlihüseyn

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …