Baş səhifə / İdman / “Qarabağ” Ukrayna çempionuna yenə uduzdu

“Qarabağ” Ukrayna çempionuna yenə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

Ağdam klubu Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb.

Güclü külək şəraitində keçən qarşılaşmada komandamız 1:3 hesabı ilə uduzub. Komandamızın yeganə qoluna 64-cü dəqiqədə Abdulla Zubir imza atıb. 80-ci dəqiqədə isə İnosent Emeqaraya qarşı edilən kobubluğa görə təyin olunmuş penalti zərbəsini Rişard Almeyda tirə vurub.

Qeyd edək ki, “Qarabağ” əvvəl də Donetsk klubu ilə yoxlama oyunlarında üz-üzə gəlib və hamısında uduzub.

Buna da bax...

İranlı şərhçidən azərbaycanlı futbolçunun qoluna “Yaşasın Azərbaycan” reaksiyası – VİDEO

Xəbər verdiyimiz kimi, iki gün əvvəl futbol üzrə Asiya çempionatının 1/4 finalında İran millisi Çin …