Baş səhifə / Cəmiyyət / Erməni jurnalist: “Əliyev Paşinyandan fərqli olaraq bu prosesin içərisindədir”

Erməni jurnalist: “Əliyev Paşinyandan fərqli olaraq bu prosesin içərisindədir”

Nikol Paşinyana Davosdan Moskvaya yola düşüb və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iş orqanlarında sədrlik Ermənistana keçir. Bu konfrans bir neçə diqqət çəkən məqam ilə yadda qalıb. Şənbə günü keçirilən konfransda Nikol Paşiyan növbəti dəfə bəyan edib ki, Ermənistan xarici siyasətdə kəskin dönüşlər etməyəcək.

“Ölkənin AİƏT və KTMT-yə üzvlüyünə gəldikdə isə Ermənistan rəhbərliyi həm özü, həm də digər üzv ölkələr üçün təşkilatların daha səmərəli olmasına görə bütün səylərini əsirgəməyəcək. Kəskin dönüşlər heç bir fayda verməz”, – deyə Paşinyan qeyd edib.

İqtisadi inteqrasiya məsələləri və bir sıra siyasi məqamlar jurnalistlərin diqqət mərkəzindən yayınmayıb. Paşinyan bir sıra bəyanatlar verib.

“Xeyr, söhbət ilk növbədə İŞİD terror qruplaşmasının irəliləməsində Barak Obamanın rolunun qiymətləndirilməsi haqqında deyil. Kimsə belə fikirləşə bilər. Barak Obama, Buş qoşunları İraqa soxarkən səhv etdiyini bildirmişdi. Qoşunları çıxartdı və nə qazandı? İŞİD terror qruplaşması formalaşdı. Hesab edirəm ki, bu, faktdır”, – deyə Paşinyan qeyd edib.

Bu məsələnin o qədər də tam bir fakt olmadığı başqa bir zamanda və başqa kontekstdə maraq yarada bilərdi. Bizi isə İŞİD-in irəliləməsində Barak Obamanın rolu yox, Paşinyanın Davosdakı görüşləri daha doğrusu onlardan biri maraqlandırır.

Ermənistan icitmaiyyətini Azərbaycan prezidenti ilə təsadüfi, lakin bir saat yarım davam edən görüşü maraqlandırır. Məsələ onda deyil ki, bu barədə rus KİV-lərindən məlumat alınıb, baxmayaraq ki, bu da özlüyündə müzakirələrə yol açır.

Eyni zamanda Paşinyan qonşu ölkə rəhbəri ilə danışıqlar mövzusunun gizliliyini açmaq istəmir. Problem hətta ən dəhşətli və inanılası olmayan sosial şəbəkələri bürümüş şübhələr də deyil. Məsələ başqadır. Moskvada baş tutmuş konfransda Paşinyan maraqlı ifadə işlədib. Jurnalistlərə hər şeyi detalları ilə bilmək maraqlıdır. “Etika baxımından nə barədə söhbət aparıldığını danışmaq qəbul olunmazdır”, – deyə Paşinyan bildirib.

İlk növbədə ümumiyyətlə danışmamaq olardı. Əgər danışmaq etikadan kənardırsa, siyasət naminə gözləmək olar. Lakin bu edilmədi. Ona görə ki, danışıqlar prosesi haqqında danışarkən ümumiyyətlə reallıqdan məhrum edilmiş nizamlama üçün şərait yaradılması imkanlarının təşkili, münaqişənin danışıqlar tarixçəsi haqqında ifadələr, konkret və detallı olmadan heç bir şey haqqında aparılmayan danışıqlardır.

İlham Əliyev danışıqlar prosesinin tarixini gözəl bilir, o Nikol Paşinyandan fərqli olaraq bu prosesin içərisindədir. Xam deyil, danışıqlar prosesinin tarixçəsini müzakirə etmək onun nəyinə lazımdır? Lakin budur, etika haqqında sözlər səmimi desək, anlaşılan deyil. Yəni belə çıxır ki, Paşinyan xalq və dövlət üçün həyati əhəmiyyəti olan danışıqlar mövzusunun qaldırılmasını etika qaydalarının pozulması hesab edir. Bununla da, Ermənistana qarşı düşmənçiliyini gizlətməyən ölkə lideri qarşısında savadlı adam təəsüratı yaradır. Eyni zamanda susmaq, yəqin ki, öz xalqına qarşı tam mənəvi haldır. 9 ay mənəvi sakitliyi olmayan xalqın növbəti dəfə gərgin olması məqamı və havada mülahizələrin dolaşması onu göstərir ki, bir adam qarşısında etikadan kənara çıxmaq əvəzinə heç nəyin dəyəri yoxdur. İctimaiyyətdə gərginlik sonsuzluğa qədər toplana bilməz. Cəmiyyətə gərginlikdən boşalmaq lazımdır. Əslində isə damcı-damcı yalnız bu gərginlik üzərinə yağ əlavə edirlər. Allah eləməsin, əgər bu həddindən artıq həcmini aşarsa, o zaman hər şey etika qaydalarından uzaq olacaq.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …