Baş səhifə / Dünya / Rusiyada təyyarə qəzasında 3 nəfər ölüb – VİDEO

Rusiyada təyyarə qəzasında 3 nəfər ölüb – VİDEO

Rusiyanın Murmansk vilayət aerodromunda “Tu-22M3” tipli təyyarə eniş zamanı qəzaya uğrayıb. Təyyarənin qəza anının görüntüləri yayılıb.

Bu haqda RİA Novosti məlumat yayıb.

Çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən “Tu-22M3” tipli təyyarə sərt eniş edib.

Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …