Baş səhifə / Cəmiyyət / Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

Tanınmış mama-ginekoloq Səbinə Mirzəyeva bu gün dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva 1978-ci ildə, Bakıda anadan olub.

2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib.

Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.

Diplom və sertifikatları:

“Ulusal Üreme Endokrinolojisi ve infertilısı Kongresi”, 16-19 oktyabr 2008-ci il. Antalya, Türkiyə.

“Effects Of ART and Endometriosis On Pregrancy Outcome”, 27-28 fevral 2017-ci il. Sofiya, Bolqarıstan.

“22rd Congress of The World Assocoation for Sexual Health”

“32rd Annual Meeting of ESMRE”, 2-5 iyul 2016-cı il.

“10th Conress of the Evropean Society of Gynecolgy”, 18-21 sentyabr. Brüssel.

“The World Congress on BCGİP”, 30 may – 2 iyun 2013-cü il. İstanbul.

“25th European Congress of Obstetrics and Gynecology” in conjunction with 15th Congress of Turkish Society of Obstetrics and Gynecology, 17-21 may 2017-ci il. Antalya, Turkiyə.

Vəfatından öncəyə qədər “Baku Medical Plaza”da cərrah mama-ginekoloq vəzifəsində çalışıb.

Ailəli olub, Süleyman və Tamerlan adlı iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …