Baş səhifə / Dünya / Qaşıqçı ilə bağlı şok məlumat: Daha bir İsrail izi…

Qaşıqçı ilə bağlı şok məlumat: Daha bir İsrail izi…

İsrailin qətlə yetirilən jurnalist Camal Qaşıqçını izləməsi üçün Səudiyyə Ərəbistanına satdığı proqram təminatını üzə çıxaran kiber mütəxəssislər gizli agentlərin hədəfi olub.

Bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının İsrailin “NSO Grup” şirkətindən aldığı “Peqasus” adlı proqram texnologiyasını aşkarlayan Toronto Universitetinin “Citizen Lab” qurumunun işçiləri ötən 2 ay ərzində saxta şirkətlərin agentləri tərəfindən sorğu-suala məruz qaldıqlarını bildirib.

Araşdırmalardan sonra mütəxəssislərlə ünsiyyət quran şəxslərin saxta şirkətlərin əməkdaşları olduğu üzə çıxıb.

Qeyd edək ki, “Citizen Lab” Kanadada yaşayan səudiyyəli aktivist Ömər Əbdüləzizin telefonunda apardığı araşdırma nəticəsində onun Ər-Riyadın İsrail istehsalı olan proqram təminatı vasitəsilə C.Qaşıqçı ilə əlaqə yaratdığını üzə çıxarmışdı.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …