Baş səhifə / Cəmiyyət / Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı güləşçi qripdən vəfat etdi

Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı güləşçi qripdən vəfat etdi

Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

Bu barədə Modern.az yazır.

Bildirilib ki, məşhur döyüşçü bir müddət qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …