Baş səhifə / Cəmiyyət / Azərbaycanlı idmançını öldürən hansı qripdir? – Nazirlikdən açıqlama

Azərbaycanlı idmançını öldürən hansı qripdir? – Nazirlikdən açıqlama

Qripdən dünyasını dəyişdiyi bildirilən məşhur idmançımız, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı araşdırmadan sonra bir söz demək mümkündür. Məsələ araşdrıldıqdan sonra məlumat veriləcək.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qripdən ölüm hallarının baş verməsi mümkündür.

Xatırladaq ki, dünən 1984-cü il təvəllüdlü MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov qrip xəstəliyindən dünyasını dəyişib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, o, xəstəliyi müddətində müalicə alsa da, sonradan xəstəlik dərinləşib və iltihabi proses başlayıb. Bununla da idmançı dünyasını dəyişib.

***

Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

“Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …