Baş səhifə / Cəmiyyət / Atalara da iki həftəlik “dekret” verəcəklər – YENİ QANUN

Atalara da iki həftəlik “dekret” verəcəklər – YENİ QANUN

Moderator24.com RİA Novosti-yə istinadən xəbər verir ki, Belorus parlamenti aşağı palatasının əmək və sosial məsələlər üzrə komissiyasının müavini Oleq Levşunov Belorus əmək kodeksinə əlavə olaraq iş sahibi üçün öhdəlik – atalara 14 günlük dekret məzuniyyəti verilməsi qaydasını planlaşdırıldığını bildirib.

“Belarusun Əmək kodeksinə düzəlişlər parlament iclasında, birinci oxunuşda baxılmağa hazırlanır. Düzəlişdə uşaq anadan olanda və ailədə baxılacağı təqdirdə atanın( atalığın) arzusu ilə əmək haqqı saxlanılmadan iş sahibi ona məzuniyyət verməyə borclu olduğu nəzərdə tutulur. Belə məzuniyyətin müddəti 14 təqvim günündən çox olmamalıdır”-Levşunov deyib.

O əlavə edib ki, iki həftəlik məzuniyyət, yalnız uşaq doğulandan sonra, altı ay ərzində atanın yazılı ərizəsinə görə verilə bilər. İndiki qanuna görə ata uşağın üç yaşına qədər dekret götürmək hüququna malikdir.

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …