Baş səhifə / Cəmiyyət / Yeni fərman neçə şəhid vərəsəsinə şamil olunacaq? – RƏSMİ

Yeni fərman neçə şəhid vərəsəsinə şamil olunacaq? – RƏSMİ

İki min 264 şəhid hərbi qulluqçu və 461 şəhid polis vərəsələrinə də birdəfəlik ödəmə veriləcək.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Cənab prezidentin bu gün imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən, 11 min manatdan az sığorta ödənişi almış iki min 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb.

Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Nazirlik açıqlama verib ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4 min 200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Bu il isə daha 6444 şəhidin vərəsələrinə ödənişlər reallaşdırılacaq.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …