Baş səhifə / Dünya / Oğlunu müalicə etmədikləri üçün xəstəxananı yandırdı – VİDEO

Oğlunu müalicə etmədikləri üçün xəstəxananı yandırdı – VİDEO

Braziliyada oğlunun müalicəsi üçün xəstəxanada saatlarla gözləyib hirslənən adam benzin tökərək xəstəxananı yandırıb.

Moderator24.com türk mətbuatına istinadən xəbər verir ki, Braziliyanın Rio do Sul şəhərindəki xəstəxanaların birində oğlunun müalicəsi üçün iki saat ərzində saxlanılan adam qeydiyyat masasını yandıraraq xəstəxanada yanğın törədib və hadisə yerindən qaçıb.

Meydana gələn yanğın səbəbiylə xəstəxana müddətsiz olaraq bağlanılıb. Xəstəxana əməkdaşlarından bəzilərinin tüstüdən zəhərləndiyi və başqa bir xəstəxanaya aparıldıqları açıqlanıb.

Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeyd edilib. Xəstəxana rəhbərliyi vəziyyəti anlamadıqlarını və uşağa həmin gün xəstəxanada tibbi yardım göstərildiyini bildirib.

Kamran

Buna da bax...

Türkiyədən Azərbaycana jest – FOTO

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb. Maksimum …