Baş səhifə / Cəmiyyət / Yeni toyuq cinsi yetişirildi – yumurtası xərçəngi müalicə edir

Yeni toyuq cinsi yetişirildi – yumurtası xərçəngi müalicə edir

Moderator24.com xarici mətbuata istinadən xəbər verir ki, Edinburq Universitetində tədqiqatçılar yumurtalarında artrit və bəzi xərçəng növlərinə qarşı çıxa bilən iki növ insan proteinləri olan toyuqlar yetişdiriblər.

Yumurtalarda, güclü antiviral və anti-xərçəng xüsusiyyətlərinə malik olan IFNalpha2a adlı insan proteini mövcuddur. Eyni zamanda bu yumurtaların tərkibində zədələnmiş toxumaların özünün müalicəsini stimullaşdıran dərman yaratmaq üçün istifadə edilməsi nəzərdə tutulan makrofaq-CSF adlı protein var.

Toyuqları gen dəyişikliyinin yardımı ilə müalicəvi yumurtalar daşımağa məcbur edə biliblər: onların DNT-lərinə bədəndəki mühüm proteinlərin istehsalına məsul olan insan geni əlavə edilib.
Alimlər keçmişdə də heyvanların – keçi, dovşan və toyuqların köməyi ilə müxtəlif növ insan proteinləri istehsal edib. Bu dəfə onlar heyvan məhsullarının tərkibində protein tərkibini əhəmiyyətli dərəcədə artırıblar.

Tədqiqatçılar bildiriblər ki, “cəmi üç yumurtanın tərkibində kliniki dərman dozası var”- yəni, üç yumurta bir dərmanı əvəz edə bilər.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …