Baş səhifə / Cəmiyyət / Alimlər ömrü uzadan çayı müəyyən etdi

Alimlər ömrü uzadan çayı müəyyən etdi

Amerikalı alimlər ulun çayının xərçəngli şişlərin inkişafının ləngiməsinə və ya tamamilə qarşısının alınmasına kömək etdiyini müəyyən edib.

Sen-Lüis Universitetinin alimləri bunun üçün ulun çayının cövhərinin süd vəzi şişlərindən götürülmüş nümunələr üzərindəki təsirini sınaqdan keçirib.

Laborator şəraitdə aparılan təcrübələrdə məlum olub ki, ulun çayı ümumi iltihab səviyyəsini aşağı salır və xərçəngli hüceyrələrin artımının qarşısına almağa sürətli və effektiv şəkildə təsir göstərir.

Amerikalı onkoloqlar müntəzəm olaraq ulun çayından istifadənin orqanizmin intoksikasiyasını aşağı salmağa və aqressiv müalicə növlərində daxili orqanların sağlamlıq səviyyəsini yaxşılaşdırmağa kömək olduğunu bildirir.

Bundan başqa, Çində daha çox ulun çayından istifadə edən bölgələrdə yaşayan əhalinin tibbi məlumatları təhlil olunub. Məlum olub ki, həmin bölgələrdə xərçəngə tutulma halları ölkənin digər bölgələri ilə müqayisədə 35-40 faiz azdır.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …