Baş səhifə / Cəmiyyət / “Bəxtsiz” oğru mağazada polisə yaxalandı

“Bəxtsiz” oğru mağazada polisə yaxalandı

Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən bir ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb.

13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …