Baş səhifə / Cəmiyyət / İnternetin yaradıcısı şəbəkə üçün ən böyük təhlükəni açıqladı

İnternetin yaradıcısı şəbəkə üçün ən böyük təhlükəni açıqladı

Amerikalı alim və ixtiraçı Vinton Sörf müdafiəsi olmayan internet cihazlarının müasir beynəlxalq şəbəkənin ən başlıca təhlükəsi olduğunu söyləyib. O, internetə qoşulan cihazların dayanmadan artmasından narahatlıq ifadə edib.

Bu barədə “Business Insider” məlumat yayıb.

Sörf bu narahatlığını belə qadjetlərdə virtual təhlükəsizliyin arzuolunan səviyyədə olmaması ilə izah edib.

“Cihazların “seli” meydana gələcək və onlar potensial təhlükə yaradacaqlar”, – deyə V.Sörf bildirib.

Alim əmin edir ki, internetə bağlı olan bu cihazların işində baş verə biləcək pozuntu misli görülməmiş fəsadlara yol aça bilər. M.Sörf buna sürücüsüz avtomobilə kibermüdaxilə nəticəsində ağır yol hadisəsinin baş verməsini misal göstərib.

İnternetin yaradıcılarından olan Sörfün fikrincə, beynəlxalq şəbəkənin iki köklü çatışmazlığı var. O, milyardlarla cihazın qoşulması üçün lazımi vasitələrlə təchiz olunmayıb. Digər qüsuru isə daxilində öncədən quraşdırılmış təhlükəsizlik protokollarının olmamasıdır.

Qeyd edək ki, “Gartner” tədqiqat şirkətinin proqrnozlarına əsasən, 2021-ci ilə kimi internetə qoşulan cihazların sayı təxminən 25 milyarda çatacaq.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …