Baş səhifə / Dünya / Qız asqırdı və 12 il əvvəl itirdiyi üzük burnundan düşdü

Qız asqırdı və 12 il əvvəl itirdiyi üzük burnundan düşdü

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyalı sonra 12 il əvvəl itirdiyi üzüyü nəhayət tapıb. Qızın asqıranda üzük burnundan düşüb.

20 yaşındakı Ebigeyl Tompson bir neçə dəfə asqıranda, o, parlaq bir şey görüb. Baxanda, qız qarşısında 2007-ci ildə, 8 yaşında ona bağışlanan gümüş üzük olduğunu anladı.

“Bu adi bir gün idi, divanda oturmuşdum və başladım asqırmağa, sonra dəsmala baxdım və:” Bu nədir belə? Sonra yenə ona baxdım və qışqırdım: “Allahım, bu üzükdür!”

Ebigeyl dərhal anasına zəng edib və inanılmaz bir tapıntı barədə danışıb. Onunla söhbət etdikdən sonra qız bu nəticəyə gəlib ki, çox güman burnunu qurdalayanda, üzük ilişib burnunda qalıb.
Ebigeyl üzüyü anası bağışlamışdı, o itəndən sonra hər kəs qızın rəfiqələrindən birinin üzüyü götürdüyünü düşünüb. Tompson deyir: ” Milyon ildə ağlıma gəlməzdi ki, üzük burnumda ilişib qalıb”

Mütəxəssislərin fikrincə, uşaqlarla bu cür hadisələr tez-tez baş verir, çünki əllərinə keçən çox şeyi burunlarına qoyurlar. Çox güman ki, üzük burunun arxasına sıxışmış və qız böyüdükdə, sümüklər arasındakı məsafə artmış və bayıra çıxa bilmişdir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …