Baş səhifə / Cəmiyyət / Fazil Mustafa siqaret çəkən dindarları qınadı

Fazil Mustafa siqaret çəkən dindarları qınadı

Siqaret çəkən dindarları, ümumiyyətlə, anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin birinci şərtidir.

Bunu millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, bu məsələnin qarşısının alınması, siqaretdən istifadənin məhdudlaşdırılması yalnız qanunlarla, cərimələrlə də mümkün deyil.

“Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir?

Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın.

İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi, əlbəttə, bu da bir gerçəkdir, lakin ən çox xərçəngə insanı yaxınlaşdıranın siqaret olduğunu alimlər müəyyənləşdiriblər.

Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti, bəlkə də, Türkiyədə, xüsusilə qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməyidir.

Universitetin qarşısında onlarla qzın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışların qarşısını almağa səy göstərmirlər?

Azərbaycanda heç olmazsa bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risk etmirlər.

Türkiyə Dəyanət Vəqfi başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Əslində, bu tərbiyəvi məqsədlə atılan bir addımdır. Hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq.

Yalnız qanunlarla, cəriməllərlə bu iş yürüməz”, – deyə millət vəkili əlavə edib.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …