Baş səhifə / Dünya / Ermənistan “Kalaşnikov” istehsalına daha bir addım yaxınlaşdı: “Sülhpərvər” İrəvan silahlanmaqda davam edir

Ermənistan “Kalaşnikov” istehsalına daha bir addım yaxınlaşdı: “Sülhpərvər” İrəvan silahlanmaqda davam edir

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan yeni nəsil “Kalaşnikov” avtomatlarının rus şirkəti ilə birgə istehsalı istiqamətində daha bir addım atıb. Belə ki, Ermənistanın müdafiə naziri ilə “Kalaşnikov” şirkətinin yetkilisi Andrey Barişnikov arasında keçirilən görüş nəticəsində birgə istehsalın detalları dəqiqləşdirilib. Beləliklə də, birgə istehsal üçün bütün texniki problemlər aradan qaldırılıb.

Ermənistanın müdafiə naziri Rusiya ilə istənilən ortaq silah iustehsalına müsbət yanaşdığını və ölkəsinin bu kimi layihələri dəstəkləyəcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin 21 avqust tarixində Rusiya və Ermənistan şirkətləri arasında Ermənistanda “Kalaşnikov AK-12” və “Kalaşnikov AK-15” silahlarının istehsalı ilə bağlı müqavilə imzalanıb.

Onu da qeyd edək ki, hərbi sənayesi zəif inkişaf edən və ordusu üçün gərəkli olan demək olar ki, bütün ehtiyacları idxal hesabına əldə edən Ermənistanda “Kalaşnikov” istehsalına böyük ümid bəslənilir. Ermənistan tərəfinin bu addımı göstərir ki, Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayan, xalqımıza qarşı dəhşətli soyqırımları həyata keçirən və buna paralel olaraq özünü bütün dünyaya “məzlum”, “sülhpərvər” ölkə kimi təqdim etməyə çalışan İrəvan silahlanmaqda davam edir. Bu isə rəsmi İrəvanın Qarabağ probleminin siyasi-diplomatik yolla həlli ilə bağlı verdiyi bəyanatların reallıqdan uzaq olduğunu, işğalçı ölkənin bu gün də silahlanmaya daha çox meyl etdiyini göstərir.

Seymur ƏLİYEV

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …