Baş səhifə / Cəmiyyət / Rusiyalı senator iclas zamanı həbs edildi – YENİLƏNİB

Rusiyalı senator iclas zamanı həbs edildi – YENİLƏNİB

Rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da həbs edilib.

Bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Onlar 30 milyard rubl (774 milyon AZN) dəyərində təbii qazı oğurlamaqda ittiham edilirlər.

Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, qaz “Qazprom” şirkətindən oğurlanıb.

***

Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukov Federasiya Şurasının iclasında həbs edilib.

Bununla bağlı TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumatlara görə, şuranın iclasında Araşukovun həbsinə icazə verilib. Qeyd edilib ki, iclas bağlı qapılar arxasında keçirilib.

Mənbə bildirib ki, R.Araşukova qarşı bir neçə ittiham irəli sürülüb. Bunlar arasında iki nəfərin qətli, sağlamlığa zərər vurma və digər ittihamlar da var.

Əlavə edilib ki, R.Araşukova onu sənədlərin saxtalaşdırılmasında ittiham edən Ruslan Kardanovu ötən il dekabrın 25-də döyməkdə, 2010-cu ildə “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlini sifariş etməkdə ittiham olunur.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …