Baş səhifə / Dünya / ABŞ kəşfiyyatı: Rusiya Poroşenkonu aradan götürmək istəyir…

ABŞ kəşfiyyatı: Rusiya Poroşenkonu aradan götürmək istəyir…

Rusiya:”Kim olur –olsun, yalnız Poroşenko olmasın”

Moderator.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts, dünən- yanvarın 29-da ABŞ Senatının Kəşfiyyat Komitəsinə genişmiqyaslı hesabat təqdim edib.
Qeyd edək ki, “Rusiya və onun qonşuları” hesabat bölməsində ABŞ kəşfiyyat xidməti qeyd edir ki, Rusiya 2019-cu ilin mart ayında Ukraynada keçiriləcək prezident seçkilərinə və payızda keçiriləcək parlament seçkilərinə təsir göstərmək üçün addımlar atır.

“Poroşenkonun ortadan götürülməsi və daha az anti-Rusiya parlamentini hakimiyyətə gətirmək ümidi ilə“ Rusiyanın Ukraynadakı böhranlı iqtisadiyyat, geniş korrupsiya, kiberməkanda boşluq və ictimai narazılıq kimi problemlərdən istifadə etməyə çalışdığı kəşfiyyat hesabatında qeyd edilir.
Hesabatda qeyd edilir ki, Ukrayna seçki yarışında aşkar favorit yoxdur.

“Çox sayda prezidentliyə namizədlər, siyasi elitaya qarşı yüksək etimadsızlıq və dəqiq bir liderin olmaması, Ukrayna prezidenti Petro Poroshenkonun rəqiblərinə, eləcə də az tanınmış namizədlərə və siyasətdə yeni başlayanlara imkan verir ki, qərar verməyən əksər ukraynalı seçicilərə müraciət etmək imkanı verir”.

Amma, Amerika kəşfiyyatı hesab edir ki, Ukraynaya qarşı Rusiyanın geniş miqyaslı hücumu “əməliyyat baxımından mümkün olsa da, az ehtimallıdır”.

Hesabatda deyilir: “Kreml keçmiş Sovet İttifaqı ölkələrində təsirini mümkün şəkildə saxlamağa çalışacaq və hesab edir ki, bu ölkələr onun təsir sahəsinə aiddir”.

Daha əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri Yegor Bojok “Ukrinform”a verdiyi müsahibədə, Kremlin xüsusi xidmətlərə bu il Ukraynadakı seçkilərə müdaxilə etmək üçün əlavə 350 milyon dollar sifariş verddiyi deyilirdi.

Ukraynanın kəşfiyyatına görə, bu pullar “hər şeyə – saxta xəbərlərə və rüşvətlə ələ almağa, təxribatlara, etirazlara, daxili siyasi təzyiqlərə, kiber hücumların hazırlanmasına görə ödəniləcək …” Rusiya Federasiyasının bütün xüsusi xidmətləri qarşısında duran vəzifə-” Kim olur –olsun, yalnız Poroşenko olmasın”.

P.S. Rusiyanın qonşusu kimi ABŞ kəşfiyyatının Azərbaycan haqqında hesabatı haqqında məlumat əldə etməyə çalışırıq.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …