Baş səhifə / Dünya / Braziliyanın eks-prezidenti təslim oldu

Braziliyanın eks-prezidenti təslim oldu

Braziliyanın sabiq prezidenti Lula da Silva polisə təslim olub.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, o, iki gün gizləndiyi binadan çıxaraq polis maşınına əyləşib.

2017-ci ilin iyulunda Silva korrupsiyada ittiham edilib. O 9,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin yanvarında isə Silvanın həbs müddəti 12 ilə qaldırılıb. Həbsdə olduğu 1 ay müddətinfə appelyasiya məhkəməsinin qərarı ilə azadlıqda qalma hüququndan istifadə edib.

Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyaya rəhbərlik edib.

Buna da bax...

Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı – Abel Məhərrəmov həbs olunur?

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Ötən gündən etibarən ali …