Baş səhifə / Cəmiyyət / Vətən uğrunda şəhid olanların muzeyi yaradıldı – VİDEO

Vətən uğrunda şəhid olanların muzeyi yaradıldı – VİDEO

Mingəçevirdə şəhidlərin xatirəsini yaşadan bir muzey fəaliyyət göstərir. Burada Qarabağ şəhidlərinin şəxsi əşyaları saxlanılır. Muzeydə nümayiş olunan hər bir əşyada bir şəhidin imzası və onu xatırladan bir nüans var. Bu əşyaların əksəriyyəti şəhid ailələri tərəfindən muzeyə hədiyyə olunub.

Bu muzeyin eksponatları arxeoloji qazıntılar nəticəsində aşkarlanan hansısa qədim təsərrüfat alətləri deyil. Burada Vətən uğrunda şəhid olmuş oğulların şəxsi əşyaları, şəkilləri, hətta musiqi alətləri qorunub saxlanılır.

Mingəçevirdə 24 ildir fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyində 328 şəhidin 2 minə qədər əşyası qorunur. Müzeyin əməkdaşı, şəhid bacısı Mətanət İsmayılova eksponatların muzeyə şəhidlərin ailələri tərəfindən təqdim edildiyini bildirdi. Nümayiş olunan əşyalar arasında musiqi alətləri, ətir, açılmış güllələr daha çox diqqət çəkir.

Şəhidlərin xatirə müzeyində nümayiş edilən eksponatlar arasında aprel döyüşlərində şəhid olmuş Vətən oğullarının da şəxsi əşyaları var. Onların keçdikləri döyüş yolunu əks etdirən fotoşəkillər, hərbidə istifadə edilən geyimlər müzeydə nümayiş etdirilir. Burada həm də şəhid olan polis əməkdaşlarının əşyaları var.

Mingəçevirdə 1995-ci ildən fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyinə maraq böyükdür. Şəhərə gələn turistlər və yerli sakinlər, əsasən də məktəblilər buranı tez-tez ziyarət edirlər.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …