Baş səhifə / Cəmiyyət / “Kustar üsulla hazırlanan spirtli içkilər bahalı şüşələrdə satılır”

“Kustar üsulla hazırlanan spirtli içkilər bahalı şüşələrdə satılır”

Ötən ilin iyul-dekabr ayları ərzində fitosanitariya sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 461 karantin və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edilib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O, bildirib ki, tədbirlər nəticəsində 17 nəqliyyat vasitəsi geri qaytarılıb: ”203 xəbərdarlıq edilib, 1 iş hüquq-mühafizə orqanlarına təqdim edilib. 390 zərərsizləşdirmə tədbirləri həyata keçirilib. 6 ay ərzində 153.8 ton məhsul ölkədən idxal, 4330 kiloqram məhsul ixrac edilib: “16.4 ton məhsul üzərində monitorinq aparılıb”.

Q. Təhməzli həmçinin ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. O, bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: “Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır”.

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: “Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …