Baş səhifə / Dünya / 2018-ci ilin yaşayış üçün ən yaxşı 10 şəhəri

2018-ci ilin yaşayış üçün ən yaxşı 10 şəhəri

“Economist İntelligence Unit” mütəxəssisləri yaşayış üçün yararlılığı və rahatlığı baxımından şəhərlərin reytinqini hazırlayıb.

Araşdırma zamanı dünya üzrə 140-dan çox şəhər təhlil edilib, həmçinin, stabillik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil səviyyəsi və infrastruktur kimi müxtəlif meyarlar üzrə dəyərləndirmə aparılıb.

Yaşayış üçün ən yaxşı 10 şəhər haqqında sizi məlumatlandıracaq.

10. Adelaida, Avstraliya

Bal: 96.6

Adelaida Cənubi Avstraliya ştatının administrativ mərkəzi və ən böyük ştatı, ölkənin beşinci ən böyük şəhəridir. Hazırda Adelaida festivalları, çaxırı, incəsənəti və idman nailiyyətləri ilə məşhurdur.

Cənubi Avstraliyanın idarəetmə və kommersiya mərkəzi olan Adelaidada çox sayda dövlət və maliyyə müəssisələri yerləşir. Onların çoxu şəhərin mərkəzində, həmçinin, şəhər kənarında qərarlaşıb.

9. Kopenhagen, Danimarka

Bal: 96.8

Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Danimarkanın mədəni, iqtisadi və idarəetmə mərkəzidir. Həmçinin, burada Kopenhagen fond birjası yerləşdiyinə görə Şimali Avropanın ən böyük maliyyə mərkəzlərindən biridir.

Kopenhagenin iqtisadiyyatı xidmət sektorunda, informasiya texnologiyası, tibb və təmiz texnologiya sahələrində sürətlə inkişaf edib.

8. Tokio, Yaponiya

Bal: 97.2

Tokio Yaponiyanın paytaxtı, administrativ, maliyyə, sənaye və siyasi mərkəzidir. Tokio Yaponiyanın başlıca iqtisadi mərkəzidir. Şəhərdə intellekt, informasiya və xidmət sahələrində çalışan qabaqcıl müəssisələr yerləşir.

Tokio fond birjasının üzvü olan şirkətlərin təqribən 90 faizinin baş nümayəndəlikləri məhz paytaxtda yerləşir.

7. Toronto, Kanada

Bal: 97.2

Toronto Kanadanın ən böyük şəhəri, Ontario əyalətinin administrativ mərkəzidir. Toronto “qızıl nal” adlı yeddi milyon əhalisi olan və Ontario gölünün qərb hissəsində yerləşən sıx məskunlaşmış regionun bir hissəsidir. Kanada əhalisinin təqribən üçdə biri Torontonun 500 km ətrafında yaşayır. Kanada iş yerlərinin altıda bir hissəsi bu şəhərdə yerləşir.

6. Vankuver, Kanada

Bal: 97.3

Vankuver Kanadanın qərbində yerləşən şəhərdir, Britaniya Kolumbiyası əyalətinin ən iri və Kanadanın üçünçü ən böyük yaşayış məntəqəsidir. Nəqliyat təminatı, yaşayış komfortu buraya daha çox mühacir axınına səbəb olur ki, onların da çoxu cənub-şərqi Asiyadandır.

Vankuver ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Şəhərin limanı Kanadada ən böyük limandır, müxtəlifliyi ilə seçilir və illik ticarət dövriyyəsi 75 milyard Kanada dolları təşkil edir.

5. Sidney, Avstraliya

Bal: 97.4

Sidney Avstraliyanın ən böyük və ən qədim şəhəridir. Sidney şəhəri opera teatrı, Harbor-Bric körpüsü və çimərlikləri ilə məşhurdur. Sidneyin yaşayış kvartalları milli parklarla əhatələnib.

Sidney dünyanın ən çoxmədəniyyətli və çoxmillətli şəhərlərindən biridir. Bu da onunla əsaslanır ki, şəhər Avstraliyaya daimi yaşayış üçün gələn miqrantların əsas məskənidir.

4. Kalqari, Kanada

Bal: 97.5

Kalqari Kanadanın Alberta əyalətində yerləşən şəhərdir. Bu şəhər, əsasən, neft sənayesi, kənd təsərrüfatı və turizmlə məşhurdur.

Ən iri neft-qaz şirkətləri BP, “EnCana”, “İmperial Oil”, “Suncor Energy”, “Shell Canada”, “TransCanada” və “Nexen”dir. Beləliklə, Kalqaridə Kanada neft və təbii qaz istehsalçılarının 87 faizinin və kömür çıxaran müəssisələrin 66 faizinin idarəetmə mərkəzləri yerləşir.

3. Osaka, Yaponiya

Bal: 97.7

Osaka əhalisinin sayına görə Yaponiyanın üçüncü şəhəridir. Şəhərdə il ərzində 912 milyon sərnişinə xidmət göstərən metropoliten fəaliyyət göstərir ki, bu da onu dünyanın ən iri metropolitenlərindən biri edir.

Osaka ölkənin ən iri kommersiya və sənaye mərkəzidir. Bütün dünyadan gəmiləri qəbul edən ölkənin ən böyük limanlarından biri məhz bu şəhərdə yerləşir. Bir çox Yaponiya şirkəti bu şəhərdə yaradılıb.

2. Melburn, Avstraliya

Bal: 98.4

Melburn böyüklüyünə görə Avstraliyanın ikinci ən böyük şəhəridir, Viktoriya ştatının paytaxtıdır. Şəhər Avstraliyanın əsas kommersiya, sənaye və mədəniyyət mərkəzlərindən biridir.

Melburnu tez-tez şəhərin “idman və mədəniyyət paytaxtı” da adlandırırlar, belə ki Avstraliyanın bir çox idman və mədəniyyət tədbirləri bu şəhərdə təşkil edilir.

1. Vyana, Avstriya

Bal: 99.1

Vyana Avstriyanın federal paytaxtı və eyni zamanda, Avstriyanın doqquz federal torpaqlarından biridir. Vyana Aşağı Avstriya federal torpağında yerləşir.

Vyana BMT-nin Nyu-York və Cenevrədən sonra üçünçü iqamətgah şəhəridir. Vyana beynəxalq mərkəzi (digər adla UNO-City) Atom enerjisi üzrə beynəlxalq agentlik, BMT-nin Narkotik və cinayət idarəsi, BMT-nin sənaye inkişafı üzrə təşkilatlarını özündə birləşdirir.

Vyanada Neft ixrac edən ölkələr birliyi (OPEC), ATƏT kimi beynəlxalq təşkilatların mənzil-qərargahları yerləşir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …