Baş səhifə / Dünya / Yunanıstan lideri Ərdoğanın dəvətini qəbul etdi

Yunanıstan lideri Ərdoğanın dəvətini qəbul etdi

Yunanıstan baş naziri Aleksis Tsipras 5-6 fevral tarixlərində Türkiyəyə səfər edəcək.

Moderator24.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Yunanıstan hökumətinin mətbuat katibi Dimitris Tsanakopulos jurnalistlərə açıqlamasında deyib.

Səfər çərçivəsində Tsipras Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Onun həmçinin Konstantinopol patriarxı Varfolomeylə görüşü planlaşdırılıb.

Qeyd edək ki, səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …