Baş səhifə / Cəmiyyət / Siyavuş Novruzov: “Söyüş söyürlərsə, cavab verməliyik”

Siyavuş Novruzov: “Söyüş söyürlərsə, cavab verməliyik”

Bunlarınkı ancaq söyüşdür. Söyüş söyürlərsə, biz də onun qarşılıqlı cavabını verməliyik. Bəzən deyirlər ki, bu Siyavuş Novruzovun, Bahar Muradovanın, Ziyafət Əsgərovun işidir. Amma bu 125 deputatın işidir.

Bunu deputat Siyavuş Novruzov parlamentdə bildirib.

O qeyd edib ki, kimsə sosial şəbəkədə nə isə paylaşır, başqaları da altında söyüşünü yazıb çıxıb gedir.

“Bütün cəmiyyəti də bir-birinə qatırlar. Bunlar mənəvi terror yolunu seçiblər. Bu yolla istəyirlər ki, hansısa yenilik tətbiq etsinlər. Ancaq bu, onların ağlının məhsulu deyil. Onları xaricdən idarə edənlərin ağlının məhsuludur. Bizi ümumi qlobal yolumuzdan döndərmək mümkün deyil.

Bəli, onlayn, sosial şəbəkələrlə bağlı məsələ tənzimlənməlidir. Azərbaycanda sosial problemlər həll olunduqca, bunlar tamamilə təşvişə düşürlər. Elə şəhid ailələri ilə bağlı məsələ həll edildi.

Bu gün onlar başa düşməlidir ki, Azərbaycanla bu dillə danışmaq mümkün deyil. Mən hesab etmirəm ki, Azərbaycanda kimsə dövlət nümayəndələri xaricdəkilərə xəbər ötürür. Mən kiminsə Azərbaycan dövlətindən xəbər ötürməyinə inanmıram. Bu gün komanda birdir. Hələ biz uzun müddət bir yerdə olub buna qarşı mübarizə aparacağıq”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …