Baş səhifə / Cəmiyyət / Nazir: İşə qəbul olunan müəllimlərin 90 faizi gənclərdir – VİDEO

Nazir: İşə qəbul olunan müəllimlərin 90 faizi gənclərdir – VİDEO

Bu vaxta qədər 140 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib.

Bunu təhsil naziri Ceyhun Bayramov 2 fevral Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşü zamanı deyib.

“Ucqar bölgələrdə fəaliyyətə başlayan müəllimlərin stimullaşdırılması tədbirləri görülüb. Ölkənin bütün coğrafiyalarını əhatə edən 500-dən artıq və son 15 ildə 3200-dən artıq ümumtəhsil müəssisəsi yenidən qurulub və əsaslı təmir edilib”, – nazir bildirib.

Onun sözlərinə görə, son beş il ərzində 20 minə yaxın müəllim işə qəbul olunub, onların 90 faizi gənclərdir.

“İşə qəbul olunmuş müəllimlərin təxminən 70 faizi ucqar bölgələrdə fəaliyyətə başlayıb. Bununla ucqar bölgələrdə qeyri-ixtisas müəllimlərinin şagirdlərə dərs deməsi problemi həllini tapıb. Düşünürəm ki, yaxın illərdə bu problem tamamilə həllini tapacaq”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …