Baş səhifə / Cəmiyyət / Ermənistan özünü batırıbsa, biz nəyi gözləyirik?..-İşğalçı ölkədə tualet böhranı da başlandı…(FOTOLAR)

Ermənistan özünü batırıbsa, biz nəyi gözləyirik?..-İşğalçı ölkədə tualet böhranı da başlandı…(FOTOLAR)

İrəvan və əyalət mərkəzlərinin bəzi məkanlarında nəcis-sidik qoxusundan durmaq mümkün deyil….

İqtisadi-siyasi böhranla üz-üzə qaldığı deyilən Ermənistanda ayaqyolu böhranı da başlayıb.

Moderator24.com yazır ki, bunu işğalçı ölkənin saytlarında jurnalistlər və sakinlər özləri etiraf edir. Doğrudur, neçə illərdir ki, İrəvan və digər əyalət mərkəzləri və qəsəbələrdə pulsuz biotualetlər quraşdırılıb. Lakin araşdırmalardan məlum olur ki, onlardan demək olar, istifadə edilmir. Çünki əvvəla, bu ayaqyolulara çirkab və üfunətdən yaxın durmaq mümkün deyil. İkincisi də, “biotualet” adlanan bu məntəqələr artıq öz funksiyalarını itirərək ətrafdakılar üçün zibilxana rolunu oynayır. Ermənistan sakinləri küçələrdə gəzərkən belə biabırçı pulsuz biotualetlərdənsə, 100 dram (təxm. 35 qəpik) ödəyib bəzi yerlərdə olan pullu ictimai ayaqyollarına gedirlər. Ayaqyolu tapmayanlar və ya 100 dram verməyə də imkanı çatmayanlar küçələrdə, parklarda künc-bucağa, binaların girişinə, xarab liftlərə, yeraltı keçidlərə və s. baş çəkməyə məcbur olurlar. Odur ki, İrəvan və digər əyalət mərkəzlərinin bəzi məkanlarında dığa və axçiklərin nəcis-sidik üfunətindən durmaq mümkün olmur…

Bir sözlə, erməni QHT və jurnalistləri bəyan edir ki, ictimai biotualetlərə xərclənmiş milyonlar havaya sovrulub. Qeyd edilir ki, İrəvanda quraşdırılmış iki belə tualetin hər biri 150 min dollara başa gəlib…

P.S. Bizim rəsmi KİV Ermənistanın böhran içində olduğunu yazanda, deyəndə bəziləri buna şübhə ilə yanaşır. Amma işğalçı ölkəyə məxsus medianın dediyinə də inansaq, Ermənistanda artıq tualet böhranı da başlayıb. Belə çıxır ki, düşmən ölkə sözün müxtəlif məcazi və həqiqi mənalarında özünü batırıb. Əgər deyilənlər gerçəkdirsə, onda bəs biz nəyi gözləyirik? Güney Qafqazın ən güclü ordusu sayılan orduyla terrorçu-separatçı erməniləri torpaqlarımızdan tumançaq qovmağın vaxtı çatmayıb hələ?..

Sultan Laçın

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …