Baş səhifə / Cəmiyyət / Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin

Polkovnik: Elə bir uçan aparat yoxdur ki, ordumuz onun qarşısını ala bilməsin

Ermənistanın Rusiyadan qırıcılar alması Azərbaycanın silah prioritetinə təsir göstərə bilməz.

Bunu Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Rusiyanın Ermənistana dörd ədəd “Su-30SM” qırıcısı satması ilə bağlı məlumatları şərh edərkən deyib.

Polkovnik bildirib ki, bu gün elə bir uçan aparat yoxdur ki, Azərbaycanın müdafiə sistemi onun qarşısını ala bilməsin:

“Digər tərəfdən, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Belarusa getmişdi. Orada tərəflər arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycan Belarusdan son nəslin tələblərinə cavab verən hava hücumundan müdafiə sistemləri alacaq.

O biri tərəfdən, Azərbaycanın hava hücumundan müdafiə sistemində olan bütün radarlar müasirləri ilə əvəz edilib. Bu proses bizdə gedir və prosesin getməsinin əsas məqsədi Azərbaycanı hava məkanından gələ biləcək hər hansı zərbədən müdafiə etməkdir.

Ona görə də o təyyarələrin hətta Ermənistanda olması heç bir prioriteti dəyişə bilməz. Başqa bir tərəfdən, bilirsiniz ki, bizim Pakistan kimi dövlətlərlə də müəyyən sazişlərimiz var”, – Ş.Ramaldanov qeyd edib.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …