Baş səhifə / Cəmiyyət / Qarabağ qazisinin çıxışı Mehriban Əliyevanı kövrəltdi – VİDEO

Qarabağ qazisinin çıxışı Mehriban Əliyevanı kövrəltdi – VİDEO

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qazi Kamil Musəvinin çıxışı duyğulu anlar yaşadıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın “İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirib.

“Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma vallah, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız”.

Qazinin bu sözləri Birinci vitse-prezident mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub.

Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.

Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belədə oldu.

Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musəvi “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, “Vətən Naminə” medalı və “General Həzi Aslanov” medalları ilə təltif edilib.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …