Baş səhifə / Cəmiyyət / Korrupsiyaya görə həbsdə olan məmurlar üçün Kəbədə dua etdi…-FOTO

Korrupsiyaya görə həbsdə olan məmurlar üçün Kəbədə dua etdi…-FOTO

“Başımıza gələnlərin çoxu bizim cahilliyimizdən, həqiqəti yalandan ayırmamağımız ucbatındandır…”

Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipov Müqəddəs Kəbə yanındakı məsciddə cümə namazı qılıb və öz keçmiş komandasının korrupsiyaya görə həbs olunmuş üzvləri üçün dua edib.

Moderator.az Dağıstan mediasına istinadla xəbər verir ki, Abdulatipov “Instagram”dakı profilində bu haqda özü bəhs edib.

“Uca Allahdan bütün nöqsanlarıyla bərabər fədakarcasına və cəsarətlə çalışaraq respublikamızı dərin iqtisadi və mənəvi böhrandan çıxarmağa nail olmuş Abdusamad Qamidovun başçılıq etdiyi komandamın üzvlərinə qarşı ədalət və mərhəmət diləyirəm. Yalnız qorxaq və əclafların yalançı xəbərçiliyi əsasında məhkəmə qarşısında dayanan qardaşım Rəcəbə münasibətdə ədalətin zəfəri üçün dua edirəm. Allahın iradəsi və yüksək instansiyaların qərarları ilə komandamızın həbs edilmiş bütün üzvlərinə qarşı həbs qətimkan tədbiri dəyişdirilməlidir “,- deyə keçmiş respublika başçısı bildirib.

Abdulatipov bütün bunların Yaradanın bir sınağı olduğuna işarə edərək yazıb:

“Əminəm ki, başımıza gələn sınaqların çoxu bizim cahilliyimizdən, Xeyiri və Şəri qiymətləndirməməyimizdən, həqiqəti yalandan ayırmamağımız ucbatındandır…”

Xatırladaq ki, Dağıstana Vladimir Vasilyevin başçı təyin edilməsi ilə respublikada anti-korrupsiya təmizləməsi prosesi başladılıb. Bu da sabiq rəhbər R.Abdulatipovun yaxın qohumlarına və yaxınlarına təsirsiz ötüşməyib. Köhnə rəhbərin özü bu prosesdə zərər çəkməyib.

2018-ci il dekabrın 21-də Prezident Vladimir Putin R. Abdulatipovun İslam Əməkdaşlıq Təşkilatında Rusiya Federasiyasının Daimi Nümayəndəsi təyin edilməsi haqda fərman imzalayıb.

Abdulatipov öz statusunda müsəlmanlar üçün müqəddəs bir torpaqda İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr qurmaq üçün işləmək imkanı yaratdığına görə Prezidentə təşəkkürünü bildirərək Putinə söz verib:

“Prezidenti və ümummilli lideri əmin edirəm ki, onun yüksək etimadını doğruldacam. Allahdan Rusiya üçün sülh və rifah, müasir dünyada müsəlmanların maraqlarını başqa heç kimin müdafiə etmədiyi kimi qoruyan Vladimir Vladimiroviçə sağlamlıq, gümrahlıq və qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolunda müvəffəqiyyətlər diləyirəm…”

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …