Baş səhifə / Dünya / Türkiyə sularında Hitlerin sualtı qayıqları aşkarlandı – VİDEO

Türkiyə sularında Hitlerin sualtı qayıqları aşkarlandı – VİDEO

Türkiyənin dəniz mühəndisi və dalğıc Səlcuq Kolay Qara dənizin dibində İkinci dünya müharibəsinə aid üç sualtı qayıq aşkarlayıb.

TRT Haber telekanalı sualtı qayıqların axtarışları haqqında sənədli film hazırlayıb.

Faşist Almaniyasının Hərbi Dəniz Qüvvələrinə aid “U-23”, “U-19” və “U-20” sualtı qayıqları 1944-cü ildə Türkiyə sahilləri yaxınlığında batıb.

Onları yerini uzun müddət tapılmadığından sualtı qayıqlara “Hitlerin itirilmiş donanması” adı verilib.

Məlumat əsasən “U-23” Aqva şəhəri yaxınlığındakı sularda, “U-19” və “U-20” “submarin”ləri isə İstanbul sahilləri yaxınlığında 25 metrdən 300-metrə qədər dərinlikdə tapılıb.

İstinad

Buna da bax...

Trampın getdiyi hərbi bazanı raketlə vurmaq istədilər

İraq ordusu ölkənin qərbindəki ABŞ-a məxsus “Ayn əl-Əsəd” hərbi bazasına hücum cəhdinin qarşısını alıb. Bu …