Baş səhifə / Cəmiyyət / Prezident Olimpiya kompleksinin tikintisinə vəsait ayırdı

Prezident Olimpiya kompleksinin tikintisinə vəsait ayırdı

Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Gənclər və İdman Nazirliyinə 10 milyon 933 min 900 manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …