Baş səhifə / Dünya / Venesuelanın İraqdakı səfiri Quaydonu ölkə başçısı kimi tanıyıb

Venesuelanın İraqdakı səfiri Quaydonu ölkə başçısı kimi tanıyıb

Venesuelanın İraqdakı səfiri Conatan Velaske Ramires Milli Assambleyanın sədri Xuan Quaydonu ölkə başçısı kimi tanıyıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, səfir bu barədə videomüraciətində bildirib. O, qeyd edib ki, Milli Assambleyanın sədrini dövlətin başçısı kimi qəbul edir.

“Bizim yeganə yerimiz – xalqın, Konstitusiyanın və Milli Məclisin yeridir. Mühəndis Xuan Quaydo respublika prezidentinin vəzifələrini qəbul etmək kimi Konstitusiya hüququna və vəzifəsinə malikdir”, – deyə o bildirib.

Daha əvvəl Venesuelanın ABŞ-dakı səfirliyinin hərbi attaşesi Xose Luis Silva da bildirib ki, ölkəsinin hazırkı prezidenti Nikolas Maduronu dövlət başçısı kimi tanımır. Xose Luis Silva Nikolas Maduro ilə “əlaqələrin pozulduğunu” bildirib və ölkənin silahlı qüvvələrinin digər üzvlərini Xuan Quaidonu qanuni prezident kimi tanımağa çağırıb.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …