Baş səhifə / Cəmiyyət / Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib.

Bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Feysbuk sosial şəbəsində yaydığı və böyük maraqla qarşılanan foto barədə danışarkən deyib.

N.Orduxanlı fotoda Qüdrət Həsənquliyevin əlində tutduğu qılıncın Məhəmməd peyğəmbərə aid olduğunu bildirib.

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub və nümayəndə heyətinin tərkinidə BAXCP sədri Qüdrət Həsənquliyev də iştirak edib”, – Orduxanlı qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı BAXCP sədri Qahirədəki İmam Hüseyn məscidini də ziyarət edib və peyğəmbərin həmin məsciddə saxlanılan qılıncı ilə də tanış olub.

Buna da bax...

“Gərək Xankəndində ermənilər məni güllələyəydi…”-Kamran Bağırov

“Murad Babayevin kabinetinə girəndə gördüm ki, 4-5 gün öncə “AzTV”-də tənqid etdiyim Kamran Bağırov əyləşib…” …