Baş səhifə / Cəmiyyət / Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Moderator24.com xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

İstinad

Buna da bax...

“Gərək Xankəndində ermənilər məni güllələyəydi…”-Kamran Bağırov

“Murad Babayevin kabinetinə girəndə gördüm ki, 4-5 gün öncə “AzTV”-də tənqid etdiyim Kamran Bağırov əyləşib…” …